Kadir Doğulu "Aşkın tarifi" ilə QAYIDIR
    • 13-03-2021, 16:23
    • 576

Kadir Doğulu "Aşkın tarifi" ilə QAYIDIR

Türkiyəli aktyor Kadir Doğuludan yeni xəbər var.

News24.az Türkiyə mətbuatına istinadən xəbər ki, o, yeni layihə ilə ekranlara qayıdır. K. Doğulunun rol alacağı bu dəfəki serialı "Aşkın tarifi" adlanır. Aktyor bu barədə "İnstagram"da məlumat verib.

Kadir ekran işində Fırat rolunu ifa edəcək. O, serialın ssenarisindən çox təsirləndiyini və çəkilişlərin başlamasını səbirsizliklə gözlədiyini bildirib.
Doğulu artıq ekran işi üçün müqaviləyə də imza atıb. Serialın rejissoru Deniz Koloş, ssenari müəllifləri isə Doruk Erengül və Leyla Oterdir.