Kadir İnanırdan üzücü xəbər gəldi
    • 20-07-2018, 20:00
    • 2 105

Kadir İnanırdan üzücü xəbər gəldi

"Yeşilçam"ın ustad aktyorlarından olan Kadir İnanır sevənlərini üzən xəbər yayıb. 

News24.az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Kadir İnanır baş rolda oynayacağı "Qapı" adlı bədii filmin çəkilişləri başa çatdıqdan sonra böyük səhnələrə vida edəcəyini bildirib. Midyatlı Süryani bir ailənin dramından bəhs edən "Qapı" filmi Mardində çəkiləcək. Filmdə əfsanəvi aktyorun tərəf müqabili Necla Nazır olacaq.

Kadir İnanır 182 bədii filmdə, 7 televiziya filmində rol alıb. "Qapı" filmi onun 200-cü yubiley filmi olacaq.

 Hər zaman qadınlardan böyük diqqət görən Kadir İnanır 1949-cu ildə anadan olub. Heç evlənməyib.