Dağdan qopan qaya Gəncə-Daşkəsən yolunu bağladı - Foto
    • 15-03-2021, 15:06
    • 451

Dağdan qopan qaya Gəncə-Daşkəsən yolunu bağladı - Foto

“Bu gün gecə saatlarında Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb”.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, nəticədə yolun bir zolağı üzrə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

Hadisə yerinə Agentliyin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsusi texnika ilə (Rokson) dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub".