Ötən gün yanğınlarda 2 nəfər ölüb
    • 16-03-2021, 10:41
    • 302

Ötən gün yanğınlarda 2 nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 8 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

News24.az xəbər verir ki, görülmüş tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib. 

Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 2 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.