5 nəfər xilas edildi - 1 nəfərin intihara cəhdinin qarşısı alındı
    • 11-02-2021, 13:22
    • 553

5 nəfər xilas edildi - 1 nəfərin intihara cəhdinin qarşısı alındı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 5 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.