-
- 16-03-2021, 12:15
- 425
Prezidentdən dünyaya Xocavənd mesajı - ŞƏRH
Prezident İlham Əliyevin müharibədən sonra azad olunan Azərbaycan bölgələrinə səfərləri arasında Xocavənd və Hadrut səfəri xüsusi məna yükü daşıyır.
Bunu News24.az-a açıqlamasında “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu günə qədər edilən səfərlər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərindən kənar və ermənilərin 30 il ərzində işğalı altından azad edilmiş ərazilərə səfərlər idi:
"Hadrut və Xocavəndə edilən səfər isə Qarabağın hüdudları çərçivəsində olan əraziyə edilən səfərlər idi. Ölkə və dünya ictimaiyyətinə verilən rəsmi mesaj bundan ibarətdir ki, Azərbaycan təkcə Qarabağın ətrafındakı 7 rayonu yox, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinin daxilində olan bir neçə rayonları da azad edib”.
Aydın Quliyev vurğulayıb ki, Prezident bu səfərlə bütün dünyaya mesaj verdi ki, keçmiş Dağlıq Qaravağ Muxtar Vilayəti adlı inzibati ərazi vahidinin sərhədlərini Azərbaycan artıq dağıdıb: “Yəni hər hansı inzibati ərazi vahidi çərçivəsində ermənilərə status vermək məcburiyyətində deyil. Əgər o ərazilərin tərkibində olan Şuşa, Xocavənd, Hadrut və Ağdərənin üzərində Azərbaycanın suverenliyi bərpa olunubsa, deməli, keçmiş Qarabağ Muxtar Vilayəti adlı inzibati sərhəd daxilində hər hansısa bir status haqqında düşünməyin mənası yoxdur.
Hesab edirəm ki, yaxın zamanlarda dövlət başçısının Ağdərəyə də səfəri olacaq. Çünki Dağlıq Qarabağın hüdudları çərçivəsində azad edilən bölgələrin sırasında ölkə başçısının səfər etmədiyi yeganə rayonumuz Ağdərədir”.
Siyasət şöbəsi