-
- 16-03-2021, 16:30
- 788
"Yeni islahatlar dövrünə qədəm qoyacağıq" - ƏHMƏD İSMAYILOV
"Azərbaycan Respublikası Prezidentinin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanın ikinci hissəsində nəzərdə tutulmuş tapşırıqlaın icrası davam etdirilir".
Bunu News24.az-a açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, işçi qrup tərəfindən "Media haqqında" yeni qanun layihəsi hazırlanmaqdadır: "Həmin qanun layihəsi hazır olandan sonra müzakirəyə çıxarılacaq. Qanun qəbul olunduqdan sonra isə media subyektləri və jurnalistlərlə tam yeni islahatlar dövrünə qədəm qoymuş olacağıq. İslahatlar çərçivəsində yeni həyata keçiriləcək layihələrlə bağlı mediaya və ictimaiyyətə açıqlamalar veriləcək".