Ağdamdakı partlayışla bağlı SON MƏLUMAT - VİDEO
    • 16-03-2021, 19:48
    • 503

Ağdamdakı partlayışla bağlı SON MƏLUMAT - VİDEO

Ağdamda ata və üç oğlu minaya düşüb.

News24.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Minaya düşənlər Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğludur. Minaya düşənlərin sayı 6 nəfər olub. Hüseynov Razi Akif oğlu hadisə nəticəsində dünyasını dəyişib. Hadisə zamanı Razi Hüseynovun oğlu Hüseynov Hüseyn isə yüngül xəsarət alıb.

Yaralılardan biri isə Laçın rayon sakini Abdullayev Bəhruz Nadir oğludur. O, köməyə gedərkən minaya düşüb.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/