-
- 18-03-2021, 10:59
- 454
Qasparyan Baş Qərargah rəisi vəzifəsini davam etdirəcək
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının bir müddət öncə vəzifəsindən azad edilən rəhbəri Onik Qasparyan vəzifələrini yerinə yetirməyə davam edə bilər.
News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə O.Qasparyanın vəkili "Facebook" hesabında yazıb. O bunu məhkəmənin Qasparyanla bağlı qəti qərar çıxana qədər tətbiq olunan qərara əsasən deyib.
O bildirib ki, bu qərarla tanış olduqdan sonra, Onik Qasparyanın Baş Qərargah rəisi vəzifələrini yerinə yetirməsinin qanunauyğunluğu daha sual yaratmayacaq.
Məhkəmə Onik Qasparyanın müvafiq inzibati akt olmadığı təqdirdə vəzifəsindən azad edilməsini etibarsız sayıb.
Məhkəmə iddiaçının tələbinin müvəqqəti təmin edilməsi şəklində, yəni qəti qərar qüvvəyə minənə qədər, Onik Qasparyanın sərbəst buraxılmasını düzgün saymayıb.