"Məktəblərdə valideynlərin rolu daha çox olmalıdır" - Emin Əmrullayev
    • 18-03-2021, 16:54
    • 518

"Məktəblərdə valideynlərin rolu daha çox olmalıdır" - Emin Əmrullayev

“Biz çalışmalıyıq ki, məktəblərdə valideynlərin rolu daha çox olsun. Bu baxımdan məktəblərdə psixoloji mühitə keçmək istəyirik. Valideyn-müəllim münasibəti davamlı olmalıdır".

News24.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, biz öz nəticələrimizə güzgüdə baxmaqdan qorxmuruq: "Neqativ və müsbət olması fərq etmir. Səmimi Azərbaycan təhsilinin elmi tənqidini etmək istəyənlər araşdırsalar, yaxşı olar".