Aktyor Ramiz Hüseynzadə - VƏFAT ETDİ

Aktyor Ramiz Hüseynzadə - VƏFAT ETDİ Hadisə
Aktyor Ramiz Hüseynzadə vəfat edib.

News24.az xəbər verir ki, bu barədə aktyor Fərda Xudaverdiyev məlumat verib. O, R.Hüseynzadənin beyin insultundan öldüyünü deyib.  

Qeyd edək ki, R.Hüseynzadə 1979-cu ildə Bakıda anadan olub. O, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. "Taksi" verilişinin prodüseri, "Tək səbir"in baş prodüseri, "Arı şou" layihəsinin yaradıcısı və aparıcısı olub.

Sevda Bayramova