-
- 19-03-2021, 14:55
- 450
Ombudsmanın müraciəti əsasında 72 məhkum əfv olundu - FOTOLAR
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 18 mart tarixində “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslananaraq imzalanmış sərəncam 8 bənd üzrə ümumilikdə 625 nəfər şəxsi əhatə edib, o cümlədən 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 3 nəfər ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə ilə əvəz olunub.
Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, bu Əfv Sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman Səbinə Əliyeva tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 72 nəfər məhkum əfv olunub. Onlardan 54 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 14 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib, 2 nəfər azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş şəxs cəzadan azad olunub, 1 nəfər cərimə cəzasına məhkum edilmiş şəxs cəzadan azad edilib.
Ümumilikdə isə Ombudsman təsisatının fəaliyyəti dövründə Müvəkkilin vəsatətləri üzrə 774 məhkum, o cümlədən yetkinlik yaşına çatmayalar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb.
Əfv sərəncamının icrası ilə əlaqədar olaraq, Ombudsman Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4, 6, 15 saylı cəzaçəkmə müəssisələri və Tərbiyə Müəssisəsində olub. Ombudsman iştirak etdiyi tədbirlərdə məhkumlara əfv olunmaları münasibətilə təbriklərini və xoş arzularını çatdırıb.
Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin humanist siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Ombudsman vurğulayıb ki, bu yanaşma ölkə rəhbəri tərəfindən həyata keçirilən humanizm siyasətinin bariz nümunəsi və xalqımızın böyük Zəfər sevinci yaşadığı bir dövrdə insan hüquqlarına verilən mühüm dəyərdir.
Ombudsman müstəqillik dövründə Azərbaycanda dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində 67 Əfv Sərəncamının imzalandığını, 11 Amnistiya Aktının qəbul olunduğu, nəticədə minlərlə insanın azadlığa buraxılaraq ailələrinə qovuşduğunu söyləyib.
Əfv sərəncamının icrası zamanı Ombudsman Səbinə Əliyeva azadlığa buraxılan şəxslərə ailələrinə və cəmiyyətə, sağlam həyat tərzinə qovuşmağı, dövlətçiliyə sadiq qalmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib.
Yekunda həmin müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim olunub.
Əfv olunan şəxslər insan hüquqları sahəsində humanist addımlara görə dövlət başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.