İdman yerişi üzrə yeni dünya rekordu - MÜƏYYƏNLƏŞDİRİLDİ

İdman yerişi üzrə yeni dünya rekordu - MÜƏYYƏNLƏŞDİRİLDİ İdman
Qadın atlet Yan Tszyayuy 20 km məsafəyə idman yerişi üzrə dünya rekordu müəyyənləşdirib.

New24.az xəbər verir ki, 25 yaşlı idmançı Xuanşanda keçirilmiş Çin çempionatında finişə 1 saat 23 dəqiqə 49 saniyəyə çatıb. Əvvəlki nailiyyət daha
bir çinli Lüy Xuna (1:24.38) məxsus olub və 2015-ci ildə müəyyənləşdirilib.

Rusiyalı Yelena Laşmanova iki dəfə 2018 (1:23.39) və 2019-cu (1:24.31) illərdə əvvəlki dünya rekordunu keçib. Lakin hər iki halda rekord ratifikasiya olunmayıb.

Qeyd edək ki, Yan Tszyayuy 2017-ci ildə dünya çempionu olub. /report.az