Coli növbəti dəfə Bred Pittə qarşı - QALMAQALIN DETALLARI
    • 22-03-2021, 13:52
    • 442

Coli növbəti dəfə Bred Pittə qarşı - QALMAQALIN DETALLARI

Məşhur amerikalı aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coli tərəfindən məişət zorakılığında günahlandırılması onu şoka salıb.

News24.az "New-York Times"a istinadən xəbər verir ki, keçmişdə aktyor səhvlərini etiraf edərək həmçinin alkoqoldan istifadəni tamamilə dayandırıb. Lakin bu, A.Colini qane etməyib. Aktrisa uşaqların tam qəyyumluğunu almaq istəyir.

B.Pittin uşaqlarla olan vəziyyətdən narahatlıq keçirdiyi bildirilir. A.Colinin uşaqları aktyora qarşı çıxmağa vadar etdiyi vurğulanır. Buna misal olaraq isə ulduz cütlüyün bioloji qızı atasını sosial media profilində əngəlləyib və onun soyadından imtina edib.