-
- 22-03-2021, 14:45
- 530
İrandan idxal edilən qurudulmuş xurmanın yararsız olduğu aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentlikdən News24.az-a verilən məlumata görə, təyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı 8435.2 kq “Atlas” əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.