Qubada qadını hədələyib pul tələb edən ŞƏXS SAXLANILDI
    • 22-03-2021, 16:25
    • 476

Qubada qadını hədələyib pul tələb edən ŞƏXS SAXLANILDI

Quba RPŞ-yə müraciət edən rayon sakini olan qadın bir nəfərin hədə-qorxu gəlib ondan 300 manat pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini E.Niftəliyev müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.