Qazaxda iki bacı dəm qazından zəhərləndi
    • 22-03-2021, 17:00
    • 380

Qazaxda iki bacı dəm qazından zəhərləndi

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə rayonun Canalı kəndində baş verib.

2004-cü il təvəllüdlü Kazımova Nuray Füzuli qızı və onun bacısı, 2007-ci il təvəllüdlü Kazımova Günay Füzuli qızı  yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

Xəstəxanaya yerləşdirilən bacıların vəziyyətlərinin kafi olduğu bildirilir.