Putinə hansı peyvəndin vurulduğu AÇIQLANMAYACAQ
    • 24-03-2021, 14:47
    • 371

Putinə hansı peyvəndin vurulduğu AÇIQLANMAYACAQ

Kreml prezident Vladimir Putinin peyvənd olunmasının foto və video görüntülərini yayımlamayacaq.

News24.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov deyib. O, dövləti başçısının hansı peyvəndi seçdiyini yalnız özünün və həkiminin bildiyini vurğulayıb: "Ötən gün bildirdik Rusiyanın istehsal etdiyi hər üç peyvənd etibarlı, təsirli və təhlükəsizdir. Bu səbəbdən də prezidentin hansı peyvəndlə vaksin olunmasının heç bir önəmi yoxdur".