"Əmiqayırma zavodu" məsələsini məmur oğlu yayıbmış
    • 25-10-2018, 12:50
    • 2 076

"Əmiqayırma zavodu" məsələsini məmur oğlu yayıbmış

BGZ- nin daxili qaydalarına uyğun olaraq zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır. Bu birmənalı olaraq hər kəsə bildirilməklə yanaşı ərazidə xüsusi qadağa nişanları ilə də göstərilib. Yuxarıda adları qeyd edilən şəxslər BGZ- nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib. Açıqlamada adı çəkilən şəxslərdən biri barədə maraqlı məlumat əldə etmişik.

Hikmət Məmmədov Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədovun oğludur. Məmmədov Şahlar Əyyub oğlu 2006-cı ildən Dövlət Dəniz Administrasiyasının rəis müavini vəzifəsinə təyin edilib. Administrasiya Dövlət Dəniz Agentliyinə çevrildikdən sonra isə direktor müavini kimi fəaliyyətini davam etdirir. O, beş gün əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə "Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

//Müsavat.com