Qətər – Azərbaycan oyunununun hakimləri müəyyənləşdi
    • 25-03-2021, 17:53
    • 779

Qətər – Azərbaycan oyunununun hakimləri müəyyənləşdi

Martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

News24.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim:
İvan Kruzliak
Baş hakimin köməkçiləri: Tomaş Somolani, Branislav Hancko
Dördüncü hakim: Peter Kraloviç
 
Qeyd edək ki, Qətər milli komandası DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.