"Qarabağ"  - "Vorskla" matçının hakimləri müəyyənləşdi
    • 5-11-2018, 14:10
    • 885

"Qarabağ" - "Vorskla" matçının hakimləri müəyyənləşdi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukraynanın "Vorskla"sı ilə keçirəcəyi oyunun bütün təyinatları müəyyənləşib. 

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Şererə yan xətt hakimləri Bekim Zoqay və Stefan De Almeyda köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Raffael Zeder yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Alen Byeri və Lukas Fandrix olacaq. Görüşün hakim-inspektoru almaniyalı Edqar Steynborn, danimarkalı Klaus Kristensen isə UEFA nümayəndəsidir. 
Qeyd edək ki, Qeyd edək ki, "Vorskla" "Qarabağ"ı noyabrın 8-də Aleksey Butovski adına stadionda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

//Report