Mədəniyyət evinin müdiri əxlaqsızlığa görə HƏBS EDİLDİ
    • 26-03-2021, 12:05
    • 664

Mədəniyyət evinin müdiri əxlaqsızlığa görə HƏBS EDİLDİ

Ucarda mədəniyyət evinin müdiri həbs edilib.
Rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri - 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.
R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.
Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir. /Report.az/