-
- 2-11-2024, 21:10
- 389
Ozon təbəqəsi bu tarixdə tamamilə bağlanacaq
1984-cü ildə kəşf edilən ozon təbəqəsindəki dəliklərin tədricən daralmağa başladığı müəyyən edilib.
News24.az xəbər verir ki, Milli Okean və Atmosfer İdarəsi qatın 2066-cı ildə bağlanacağını açıqlayıb.
Yerin xarici səthini əhatə edən və zərərli şüaların qarşısını alan ozon təbəqəsi bərpa olunmağa başlayıb. Elm adamları, 1992-ci ildən bəri 7 dəliyin kəşf edildiyi ozon təbəqəsində ilk dəfə olaraq ən kiçik dəliyin görüldüyünü bildiriblər. Tədqiqatçılar 2024-cü ildə görülən dəliyin 2000-ci ildən bəri görülən ən kiçik dəlik olduğunu və Antarktika dəliyi adlandırıldığını açıqlayıblar.
NOAA alimi Dr. Paul Newman ''Son 20 ildə həyata keçirilən kimyəvi maddələrin qarşısının alınması siyasəti ozon təbəqəsinin yaxşılaşmasına səbəb olub. Lakin dəlik hələ də Amerika qitəsinin ölçüsündədir. NOAA rəsmiləri bildiriblər ki, ozon təbəqəsi 2066-cı ildə tam bərpa olunacaq və 40 ildən sonra əvvəlki qalınlığına tam qayıdacaq" deyib.
\\milli.Az