Ukraynadan Azərbaycana gətirilən dondurulmuş toyuq dərisi yararsız çıxdı
    • 30-03-2021, 11:13
    • 557

Ukraynadan Azərbaycana gətirilən dondurulmuş toyuq dərisi yararsız çıxdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

News24.az xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı “Frozen Products” MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 23 898 kq dondurulmuş toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.