Pakistan prezidenti vaksindən sonra KORONAVİRUSA YOLUXDU
    • 30-03-2021, 12:55
    • 481

Pakistan prezidenti vaksindən sonra KORONAVİRUSA YOLUXDU

Pakistan prezidenti Arif Alvi vaksinin ilk dozası vurulduqdan sonra koronavirusa yoluxub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, rəsmi "Twitter" səhifəsində paylaşım edib.

Arif Alvi bildirib ki, insan orqanizmində koronavirusa qarşı antikor vaksinin 2-ci dozasından sonra yaranır. Ona isə sözügedən doza 1 həftə sonra vurulmalı idi.