-
- 30-03-2021, 14:11
- 377
Peskovun Azərbaycan haqda pozitiv danışmasının səbəbi... - POLİTOLOQ
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumenti i Faktı”ya müsahibəsində maraqlı fikirlər səsləndirib: “Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan mükəmməl etibarlı münasibətlərimiz var. Bu münasibətlərin qarşılıqlı fayda gətirən çox cəhətləri ola bilər”.
Politoloq Qabil Hüseynli News24.az-a açıqlamasında Peskovun fikirlərini şərh edib.
O bildirib ki, Peskovun bu fikirləri Azərbaycan və Ermənistanı Rusiyanın gözündə müqayisə etmək zərurətindən irəli gəlir: “Tərəflər arası münasibətlərdə son zamanlar müəyyən dəyişikliklər baş verir. Məsələn, dünənə qədər Ermənistanda neqativ xarakterli münasibətlər üstünlük təşkil edirdisə, Paşinyana münasibətdə pozitiv elementlər daha da çoxalıb. Hətta Paşinyan Mosvaya rəsmi səfərə dəvət edildi. Sülhməramlı qüvvələrin bölgədəki fəaliyyəti və 102-ci briqadanın Zəngəzura köçürülməsi ilə bağlı müəyyən narahatlıqlar var. Bu narahatlıqlar Moskvaya çatdırılır. Moskva isə hər zaman ütülənmiş bəyanatlar yayır ki, sülhməramlıların yerləşdiyi bölgədə tam sabitlikdir və tərəflər 10 noyabr bəyanatının ruhuna uyğun davranırlar. Son zamanlar Paşinyan Türkiyə və Azərbaycan haqqında pozitiv fikirlər səsləndirir. Görünən odur ki, Peskov da kommunikasiya xəttlərinin açılması, bölgədə sabitliyin formalaşmasına ümid bəsləməklə hər iki dövlətin perspektivlərini inkişaf etdirmə prizmasından optimist fikirlər səsləndirir”.
Siyasət şöbəsi