"Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var" - Peskov
    • 30-03-2021, 10:19
    • 445

"Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var" - Peskov

"Rusiya prezidenti Vladimir Putinin Qarabağdakı müharibəyə son qoyulmasında şəxsi rolunu hər kəs xatırlamalıdır".

News24.az
xəbər verir ki, bunu "Arqumenti i Faktı"ya müsahibəsində Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. "Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan etibarlı münasibətlərimiz var. Bu münasibətlərin qarşılıqlı fayda gətirən çox cəhətləri ola bilər. Ermənistanla da tarixən yaxşı əlaqələrimiz mövcuddur".