-
- 30-03-2021, 17:15
- 590
Acınohurda qanunu pozan ərəb turistlərinə ən yüksək cərimə tətbiq okunub
Acınohur ərazisində ev quşlarına təlim keçərkən qanunu pozan şəxslərin adları açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə feysbukda yayımlanan “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslər qanunvericiliyə uyğun olaraq, ən yüksək məbləğdə cərimə olunublar: “Rubel Muhammad barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi, 1 baş boz durnanı qanunsuz ovlayan Raşad İcaber adlı şəxs və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovladığına görə Abdulmaced Çemçi barəsində 272.3-cü maddə üzrə protokol tərtib olunub. Onlara qanunvericilikdə nəzərdə tutulmuş ən yüksək cərimə tətbiq edilib- İnzibati Xətalar Məcəlləsinin maddələri və Nazirlər Kabinetinin 176 nömrəli qərarı ilə 4056 manat cərimə olunublar. Həmin faktlarla bağlı bayram və qeyri-iş günləri olmasına baxmayaraq, ictimaiyyətə məlumat verilib”.