Ermənistanda vəkillər prezidentə cinayət işi AÇILMASINI İSTƏYİR
    • 30-03-2021, 17:34
    • 454

Ermənistanda vəkillər prezidentə cinayət işi AÇILMASINI İSTƏYİR

Ermənistanda 50-dən çox hüquqşünas ölkənin Baş Prokurorluğuna prezident Armen Sarkisyan tərəfindən ikili vətəndaşlıq faktının gizlədilməsi ilə əlaqədar cinayət haqqında hesabat təqdim edib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Vəkillər Palatasının sədri Ara Zohrabyan "Facebook" hesabında məlumat verib.

Məlumatda bildirilib ki, Armen Sarkisyanın 2003-2012-ci illərdə ən azı 10 illik Britaniya vətəndaşlığı olub. O, 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Konstitusiyaya görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs ölkənin prezidenti ola bilər. 

Qeyd edək ki, bir müddət əvvəl Hüquqşünaslar Palatasının rəhbərinin verdiyi məlumata görə, A.Sarkisyanın İngiltərə vətəndaşlığı 2012-ci ilin noyabrında qüvvədən düşüb. O, 2 Mart 2018-ci ildə prezident seçilib və Konstitusiyaya görə, İngiltərə pasportu 1 Mart 2012-dən gec olmayaraq ləğv edilməli idi.

Bu əsasda vəkillər cinayət işi başlamaq üçün nəzarət orqanına müraciət ediblər. 53 vəkil sənədi imzalayıb.