“Ərəblərdən 5-10 manat artıq pul alırlar deyə, bizi oturmağa qoymadılar” – Müştəri şikayəti
    • 13-07-2018, 16:55
    • 1 814

“Ərəblərdən 5-10 manat artıq pul alırlar deyə, bizi oturmağa qoymadılar” – Müştəri şikayəti

News24.az xəbər verir ki, iyulun 11-i axşam saatlarında Bakının mərkəzində yerləşən “Kolorit” restoranına gedən müştəri təhqirlərlə üz-üzə qalıb. Şikayətçi gördüyü mənzərəni bu cür izah edir:

Eyvaz Fərəcovun sözlərinə görə, “iyulun 11-də axşam 23:30 radələrində futbol izləmək üçün “Kolorit” restoranına girdik. İçəri adamla dolu idi. İsti olduğu üçün bayırda oturmaq istədik, amma yer yox idi. Elə həmin vaxt çöldə olan masaların biri boşaldı və biz orda oturmaq qərarına gəldik. Masaya yaxınlaşanda “Kolorit” restoranının meneceri bizə yaxınlaşdı və dedi ki, burda otura bilməzsiniz. Bu yer öncədən sifariş olunub. Biz də dedik ki, elə indi müştəri masadan qalxdı, bura necə rezerv ola bilər? Aramızda olan söhbət uzandı və menecer mənə “Bilirsən mən kiməm?” deyib çölə çağırdı. Çıxdıq çölə və başladı məni söyməyə. Adamlar toplaşdı və bizi ayırdı”. 


 “Ərəblərdən 5-10 manat artıq pul alırlar deyə öz-özümüzü qırırıq”,- deyə Fərəcov fikrini tamamlayıb. 


Şikayətlə bağlı “Kolorit” restoranına getdik. Restoranın rəhbəri Türkiyədə olduğundan, onunla əlaqə yarada bilməsək də, restoranın əməkdaşı Aqil Hümbətovla danışdıq. 


Onun sözlərinə görə, restoranda elə bir hadisə yaşanmayıb. “Ümumiyyətlə, bir ilə yaxındır burda çalışıram, burda elə bir hadisə nə görmüşəm, nə də eşitmişəm”-deyə o qeyd etdi.


Elvin Nüsrətoğlu