-
- 31-03-2021, 13:54
- 793
"Qapınızı döyüb sədəqə istəyən dilənçilərə inanmayın" - DİN-dən XƏBƏRDARLIQ
"Dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə kampaniya xarakteri daşımır".
Bu sözləri News24.az-ın son zamanlar paytaxtda dilənçilərin bina və həyət evlərinin qapılarını döyərək sədəqə istəməsi, hətta yolda piyadaların önünü kəsərək dilənmələri ilə bağlı sualına münasibət bildirən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E.Hacıyev qeyd edib ki, polis bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir:"Mart ayında paytaxt ərazisində 90 nəfər dilənçilik həyat tərzi keçirən şəxs saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan 53 nəfər qadın, 37 nəfər kişi olub. Eləcə də əksər qadın və kişilərin yanında azyaşlıların olması aşkarlanıb. Saxlanılan şəxslərlə aparılan profilaktik söhbətlər göstərir ki, həmin şəxslərin böyük əksəriyyəti əmək qabiliyyətinə malik olsa da ömür boyu hardasa işləməyə maraqlı olmayıb. Yəni, görünən odur ki, dilənçilik onların həyat tərzi olmaqla, ailə, nəsil ənənəsidir".
Elşad Hacıyev qeyd edib ki, bəzən dilənçiləri fərqləndirmək olmur: "İlk baxışda həmin şəxsin dilənçi olması görünmür. Onlar insanların mərhəmət duyğularına təsir edəcək ifadələrdən istifadə edirlər. Bu ifadələri isə onlar göz yaşı ilə qarışdırıb ki, insanları inandırmağa çalışırlar. Sağlamlıq imkanı məhdud olması görüntüsü yaradan şəxslər küçələrdə dilənməsi insanların duyğularına təsir etməklə teatral vəziyyət yaradırlar".
Dilənçilərin cinayət törətməsi ilə bağlı E.Hacıyev əlavə edib ki, dilənçiliklə cinayətkarlıq arasında səbəbli-əlaqə var:"Bunu təcrübədə rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Belə görünür ki, bu əlaqə dilənçiliyin yoxsulluq mahiyyətindən ayrılaraq cinayətkarlığın əlamətinə çevirir. Başqa sözlə, dilənçilik ictimai təhlükəli əmələ meylli olan şəxs üçün komufilyaj-qiyafədir, o, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyyətini həyata keçirir. Əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaqdır. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunvericiliyində, xüsusilə Türkiyə və İtaliya Respublikasında dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunmaqla , pul cəriməsi tətbiq olunur".
Qurum rəsmisi vurğulayıb ki, cəmiyyətimizdə dilənçilərə sədəqə verənlərin olması dilənçiliyin həyat tərzinə çevrilməsini, zəhmətsiz yaşamağı onlar üçün şərtləndirir: "Bu mənada vətəndaşlarımızı müxtəlif adlar altında qiyafələnmiş, məqsədi dilənçilik, insanların etibarından sui-istifadə olan şəxslərə inanmamalarını tövsiyə edirik".