Azərbaycanda 24 yaşlı qız 2 aydır itkin düşüb - Foto
    • 31-03-2021, 15:57
    • 598

Azərbaycanda 24 yaşlı qız 2 aydır itkin düşüb - Foto

Goranboyda 24 yaşlı qız iki ay əvvəl itkin düşüb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Goranboy rayon Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

A.Hüseynovanın  əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, göy rəngli cins gödəkcə və qara rəngli idman ayaqqabısı olmuşdur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-24-5-30-72  şəhər və (050/055) 301-10-77  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.