Sevil-Sevinc həmkarlarının mahnılarını oxudu - DJ Roshkadan yeni -Mashup
    • 25-10-2018, 18:46
    • 3 197

Sevil-Sevinc həmkarlarının mahnılarını oxudu - DJ Roshkadan yeni -Mashup

Müğənnilər Sevil və Sevinc Səfərovalar DJ Roshka ilə yeni işbirliyini təqdim edib.

News24.az xəbər verir ki, daha öncə gənc ifaçılar Naz və Nihad Məliklə çalışan DJ ikici işində şou-biznesin əkiz bacılarına müraciət edib. 

Hazırda YouTube-da trend siyahısına düşən video qısa zaman ərzində 140 mindən artıq baxış toplayıb. 

Sevil və Sevinc Səfərovalar sözügedən işbirliyində həmkarları Aygün Kazımova, Elton Hüseynəliyev, Günay İbrahimli, Nadir Qafarzadə, Sevda Yahyayeva və başqalarının repertuarından mahnılar oxuyub. 

Teymur Məmmədov