Lavrovdan Belarusun "Eurovision"a buraxılmamasına münasibət:
    • 1-04-2021, 17:27
    • 360

Lavrovdan Belarusun "Eurovision"a buraxılmamasına münasibət: "İyrənclikdir"

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu il Belarusun "Eurovision"da iştirakına icazə verilməməsinə münasibət bildirib.

News24.az RİA-ya istinadən xəbər verir ki, S.Lavrov mahnı müsabiqəsini mədəni inqilab cəhətdən yaxşı göstərici adlandırıb. Lakin Belarusun yarışmaya buraxılmamasının iyrənclik olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı qeyd edib ki, "Eurovision"un davranışı təmiz senzuradır: "Nəyin nə olduğunu bilmirik. Anomin insanlar qərar qəbul edirlər. Deyirlər ki, bu mahnı ilə olmaz, başqasını təqdim edin. Dediklərini edəndə də eyni vəziyyət alınır. Yaxşı, bu necə sənət, mədəniyyət, demokratiyadır?"