Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub
    • 12-12-2020, 15:49
    • 835

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

XİN başçıları Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları birgə bəyanatın praktik cəhətdən reallaşdırılması məsələlərini müzakirə ediblər.