-
- 1-04-2021, 19:20
- 673
Azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradıldı - Sərəncam
Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncam imzalayıb.
News24.az xəbər verir ki, sərəncama əsasən, aşağıdakı hərbi prokurorluqlar yaradılır:
Qubadlı Hərbi Prokurorluğu;
Kəlbəcər Hərbi Prokurorluğu;
Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməlidir;
Bu Sərəncamda nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməlidir;
Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.