Baş nazir onunla görüşdü
    • 1-04-2021, 20:11
    • 1 263

Baş nazir onunla görüşdü

Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Bankının regional direktoru Sebastian Molineus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.