Brilliant Dadaşovadan içki biznesi ilə məşğul olan oğluna qadağa: “Yaxın durmaq da olmur” - FOTOLAR
    • 26-10-2018, 10:06
    • 1 786

Brilliant Dadaşovadan içki biznesi ilə məşğul olan oğluna qadağa: “Yaxın durmaq da olmur” - FOTOLAR

Xalq artisti Brilliant Dadaşovanın oğu Cahad Hacıyev anasının ona qoyduğu qadağa barədə danışıb.

News24.az xəbər verir ki, motosiklet həvəskarı olan C.Hacıyev hazırda hobbisindən uzaq qaldığını açıqlayıb:

“Motosiklet sürməyimə qadağa qoyulub. Hətta artıq satılıb. Heç yaxın durmaq da olmur motosikletə”.

O, gizli evlilik etməsi haqda yayılan xəbərlərə də aydınılıq gətirib:

“Hələ ki, heç bir xanıma vurulmamışam. Hər bir ana övladının ailə qurmasını istəyir. Çünki,  nəvə istəyirlər. Ailə quracağım xanım hündürboy, gözəl, ağıllı olmalıdır. Ən əsası odur ki, məndən yaşca böyük görsənməsin”.

Cahad Hacıyev hazırda spirtli içki biznesi ilə məşğul olduğu deyib:

“Mən o foto ilə arağı reklam etmişəm. İçki ilə aram yaxşı olmsa da satıram. Yüksəklik qorxum olduğu üçün ancaq təyyarəyə minəndə içirəm.
Bir ildir ki, içki biznesindəyəm. Şəxsi olmasa da şirkətin işçisiyəm”.

Teymur Məmmədov
FOTO: Nurlan Gülməmmədov