Bu prospektdə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
    • 2-04-2021, 14:12
    • 387

Bu prospektdə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə məlumat daxil olub. 

News24.az xəbər verir ki, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib. 

Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.