Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi SAXLANILDI
    • 3-04-2021, 12:21
    • 452

Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi SAXLANILDI

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun Qıraqlı kənd sakini Gülalı Miralıyev koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

G.Miralıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.