Mələkxanım Əyyubovanın qızı kampaniyaya BAŞLADI
    • 3-04-2021, 13:58
    • 1 507

Mələkxanım Əyyubovanın qızı kampaniyaya BAŞLADI

Xalq artisti Mələkxanım Əyyubovanın qızı, rəssam Nəzrin Nəcəfova Tunar üçün kampaniyaya başlayıb. 

News24.az xəbər verir ki, Nəzrin Nəcəfova istifadə etmədiyi paltarlarını satışa çıxarıb. Rəssam satışdan əldə olunan məbləği spinomuskular atrofiya(SMA) xəstəliyindən əziyyət çəkən Tunarın müalicəsinə təqdim edəcək. 

"Garage sale" aprelin 5-də saat 15:00-dan 20:00-dək davam edəcək. 

Təşkilatçılar Nəzrin Nəcəfova və Ləman Bayramlıdır. Baş sponsor isə "The Office"dir.