-
- 3-04-2021, 14:34
- 534
"Uşaqpulu" mübahisəsi: "Heç bir uşaq dövlət qayğısından kənarda qalmamalıdır" - MİLLƏT VƏKİLİ
Son günlər uşaqpulu məsələsi aktuallaşmağa başlayıb. İqtisadçı Qubad İbadoğlu ilə REAL sədri İlqar Məmmədovun mövzu ilə bağlı fikirləri ajiotaj yaradıb.
REAL sədri məsələni belə şərh edib: "Birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideynlərə öz dəstəyini təklif etməlidir. Üçüncü və sonrakı uşaqlar yenə də valideynlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulub. REAL-ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək. Uşaqlara hazırda ayrılan digər sosial yardım proqramlarının qismən yenidən proqramlaşdırılması nəticəsində, biz bu məbləğin bir hissəsini indiki büdcədə də tapa bilərik. Dövlətin ümumi iqtisadi siyasəti dəyişdikcə, büdcəyə əlavə vəsait cəlb edə biləcəyik və nəticədə dəstək məbləğini artıra, hətta dəstək proqramını üçüncü uşaqlara da tətbiq edə bilərik”.
İqtisadçı Qubad İbadoğlu isə İlqar Məmmədovu sərt tənqid edib: “Siz, İlqar Məmmədov, Liberal, Mühafizəkar, Sosial demokrat, Utilitarianist, Libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporotiv, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökümətyönlü mövqedə dayana bilərsiniz, amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaqpulu verilməsinin tərəfdarı olanları “yaramaz”, “debil” adlandırasınız. Sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz (il 10 aydan deyil 12 aydan ibarətdir, ayda 1 milyon uşağa 100 manat ödəniləndə ildə 1 milyard deyil, 1,2 milyard tələb olunur), belə olanda uşaqpulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən maliyyə mənbələrini necə başa düşəcəksiniz. Yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz “yaramaz” və “debil” ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaqpulu mövzusunda harda istərsinizsə debat aparmağa hazıram. Amma, öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!”
Mövzuya qarışan daha bir ekspert Natiq Cəfərli də bildirib ki, bəzi rəqəmləri səsləndirənlər boğazdan yuxarı danışırlar: “Biz isə məsələlərə həmişə məsuliyyətlə yanaşmağa, özümüzü gələcək hökumət kimi düşünməyi öyrətməyə çalışırıq. Sən bu gün çıxıb, “hər uşağa 300 manat verilsin”, deyirsənsə, deməli, sənin hakimiyyətə gəlmək fikrin yoxdur, içiboş populizmlə məşğulsan, gələcəkdə özünü hökumət kimi görmürsən. Ölkədə 2,8 milyon 18 yaşına qədər uşaq var, hər birinə 300 manat versək, bu, ilə 10 milyard manatan çox, 200 manat versək, 7 milyard, 100 manat versək, 3,5 milyard manat edəcək. Büdcə isə 25 mlrd. manat civarındadır. Gələcəkdə bu hakimiyyətə qalib gəlib, özü hökumət olmaq istəyən ciddi siyasi qüvvə təklif verərkən bunun mənbələrini də elan etməlidir, amma həmin populist kəsim nə deyir?! Deyir ki, oliqarxlardan alıb paylamaq lazımdı. Tipik bolşevik düşüncəsidir, amma, tutalım elədir, 1 il onlardan aldın, 2 il alıb payladın, bəs sonra?!”
Ekspert bildirib ki, uşaqpulu məsələsi mütləq həll edilməlidir, amma bunun ədalətli və davamlı olması lazımdır, bunun üçün isə ilk növbədə ehtiyacı olanlar, sosial vəziyyəti ağır olan ailələr almalıdır: “Hamıya, məsələn, 20-30 manat verməkdənsə, ehtiyacı olanlara 100-150 manat vermək daha doğrudur. Ölkə büdcəsidən ilə 1 milyard manatı bu məsələyə ayırmaq olar - bunu əsaslandırmaq mümkündür. Belə yanaşmanı həm hökumətdən tələb etmək lazımdır, həm də özümüz hökumət olanda edə biləcəyik. Siyasətçi məsuliyyətli olmadısa, populizm “qusdusa”, eləsindən heç kimə xeyir gəlməyəcək, bunu dəqiq bilin...”
Millət vəkili Fazil Mustafa isə News24.az-a açıqlamasındab ki, konkret olaraq “uşaqpulu” adı ilə nəzərdə tutulmasa da, uşaqlara verilən müavinətlərin genişləndirilməsinə ehtiyac var: “Düzdür, bir qism uşaqlara bu məbləğ verilsə də, qanedici olub-olmaması barədə müxtəlif fikirlər var. Bu məbləğ daha geniş kateqoriyadan olan uşaqları əhatə etməlidir. Azərbaycanda dövlət qayğısından kənarda heç bir uşaq qalmamalıdır”.
Deputat bildirib ki, uşaq pulundan daha vacib olan məsələ Aliment Fondunun yaradılmasıdır: “Aliment Fondu boşanmış ailələrdə olan uşaqların müəyyən vəsait alma imkanını yaradacaq. Bu, özü elə uşaqpulu kimi bir dəyərə malikdir. Yəni, konkret uşaqpulu adı ilə hansısa müavinət nəzərdə tutulmur. Ayrı-ayrı uşaqların hamısını hansısa bir kateqoriya altında əhatə edə biləcək vəsait verilməsi mütləqdir. Çünki uşaqların sağlam böyüməsi və normal təhsil alması üçün onları müavinətlə təmin etmək lazımdır”.
Məhərrəm ƏLİYEV