Gəncədə qadın dəm qazından zəhərləndi
    • 3-04-2021, 20:35
    • 420

Gəncədə qadın dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

News24.az APA-ya istinadən xəbər verir ki,, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binaların birində baş verib. Qarayeva İlahə Firdovsi qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.