Gəncədə dəm qazı faciəsi - ana və iki qızı zəhərləndi
    • 3-01-2020, 23:25
    • 864

Gəncədə dəm qazı faciəsi - ana və iki qızı zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi vaş verib. 
News24.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Həmin ərazidə olan mənzillərin birində yaşayan bir ailənin üç üzvü mətbəxdə dəm qazından zəhərlənib.
Məlumata görə, mənzildə qazla işləyən su qızdırıcı mətbəxdə qurulduğu üçün orada oturan ana və 12 və 14 yaşlı qızları dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.