Goranboyda nişan mərasimin keçirilməsinin QARŞISI ALINDI
    • 4-04-2021, 10:18
    • 439

Goranboyda nişan mərasimin keçirilməsinin QARŞISI ALINDI

Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Xatınlı kəndində nişan mərasiminin keçirilməi barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. 

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.