Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alındı
    • 3-04-2021, 18:03
    • 506

Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alındı

Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alınıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.