Yer kürəsində oksigen bu tarixdə yaranıb - ALİMLƏRDƏN İNQİLABİ KƏŞF
    • 5-04-2021, 19:18
    • 769

Yer kürəsində oksigen bu tarixdə yaranıb - ALİMLƏRDƏN İNQİLABİ KƏŞF

Alimlər Yer kürəsində oksigenin yaranma tarixini öyrəniblər.

News24.az xəbər verir ki, bu barədə "Nature" jurnalında məqalə dərc olunub. 

Məqalədə qeyd edilib ki, Cənubi Afrikadakı Paleoproterozoyik süxurlarda izotop nisbətlərinin öyrənilməsindən alınan yeni məlumatlara görə, oksigenin Yer kürəsində daimiliyi 2.22 milyard il əvvəl yaranıb. Bu isə əvvəllər düşünüləndən 200 milyon il daha çoxdur. 

Ehtimal edilir ki, Yer atmosferi daha öncə ağ anoksid olub. Təxminən 2.43-2.45 milyard il əvvəl oksigenlə zənginləşib.

Elm adamlarının oksigen inqilabı adlandırdığı bu hadisə yer üzündə həyatın bildiyimiz kimi inkişafını mümkün edib.