Yer üzündə mövcud olan ən bahalı maddələr
    • 13-07-2018, 17:39
    • 4 302

Yer üzündə mövcud olan ən bahalı maddələr

Bu gün news24.az Yer üzərindəki ən qiymətli maddələr barəsində maraqlı məlumatı təqdim edir.

Siyahımızın ən aşağı pilləsində bir qramı 58 dollar təşkil edən rodium dayanır. (Biz bu siyahıya qramı 11 dollar olan zəfəranı və 56 dollar olan qızılı daxil etmədik)

Platin qrupundan olan bu metal çox nadir tapılır, belə ki,1 ton torpaqda 0,001 qram rodiuma rast gəlmək olar. Özünüz qiymət verin.

İkinci yerdə platin dayanır. Bir qramı 60 dollara satılan plartin qızıldan daha bahalı metaldır. Qızlın bir qramı 56 dollar təşkil edir.

Metamfetamin- bu qiymətli narkotik maddənin bir qramı yüz dollardır. Təmiz tərkibli narkotik maddədir, sürətlə öldürmək xassəsinə malikdir.Satışı qadağan olunub.

Gərgədan buynuzunun bir qramı 110 dollara satılır. Çünki, gərgədan buynuzundan hazırlanmış məlhəm gənclik və gözəllik rəmzi sayılır.

Daha bir bahalı qadağan olunmuş maddə olan heroinin bir qramı 130 dollardır. 

Kokain-bir qramı 236 dollara satılır.Təmiz və natural narkotik maddə hesab olunduğu  üşün baha qiymətə qeyri leqal yolla satılır.

LSD- Bir qramı 3000 dollar olan bu psixoaktiv maddəni əldə etmək çətin olduğu üçün qiyməti də od tutub yanır.

Plutonium- bir qramı 4000 dollar olan bu maddə nüvə silahlarının hazırlanmasında, eləcə də kosmik aparatların enerji mənbəyi kimi istifadə olunur.


Ən qiymətlilər sırasında qiymətli daş olan painit yer alır. Onun bir qramı 9000 dollara satılır. Narıncı və qırmızımtıl rənglərdə olan bu daş 65 il öncə kəşf edilib və Yer üzündə 200-dən bir qədər çox nümunəsi var.


Taaffeit adlı qiymətli daşın bir qramı 20 000 dollara satılır. Yasəmən, çəhrayı, qırmızı rənglərdə olan bu qiymətli minerala almaz daşından milyon dəfə az rast gəlinir. Nadir olmasına baxmayaraq, ona tələbat çox deyil. 



Daha bir qiymətli mineral olan tritiumun bir qramı 30 000 dollara satılır.İşıq mənbəyi kimi istifadə olunur.Bir kiloqram tritiumun istehsalı 30 milyon dollara başa gəlir.

Almaz- Yer üzünün ən qiymətli daşı hesab olunur. Bir qramı 55 000 dollara satılır.



Kalifornium- Bir qramı 27 milyon dollar olan bu maddə süni maddədir, 1950-ci ildə yalnız bircə dəfə hazırlanıb. Nə məqsədlə hazırlanması barədə məlumat verilməyib.

Nefrit daşı- Myanmada Kaçin mədənində şaxtaçıların  tapdığı nefrit daşının hündürlüyü 14 fut, uzunluğu 19 fut təşkil edir. Bu daş 170 milyon dollar dəyərində qiymətləndirilir.



Anticisim- Bir qramının hazırlanması üçün  62,5 trilyon dollar tələb olunan anticisim Yer üzündə ən bahalı maddədir. Gələcəkdə anticisimdən kosmik gəmilərin yanacağı kimi istifadə olunacaq. Amma bir qram anticisim hazırlamaq üçün bütün dünya bir il fasiləsiz işləməlidir. Anticisim eyni zamanda böyük elmi kəşflərə də yol açacaq.