Reinkarnasiyanın ən böyük dəlili olduğu söylənən ürkütücü hadisə: Pollok əkizləri
    • 26-10-2018, 14:45
    • 1 509

Reinkarnasiyanın ən böyük dəlili olduğu söylənən ürkütücü hadisə: Pollok əkizləri

Reinkarnasiya, insan öldükdən sonra, ruhunun başqa bir bədənə geri dönməsidir. Ötən günlərdə bu barədə saytımızda məqalə yerləşdirdik.

News24.az xəbər verir ki, reinkarnasiyanın ən böyük dəlili olduğu söylənilən Pollok əkizləri neçə illərdir insanları düşündürür.  

11 yaşındaki Coanna və bacısı Caklini 5 may 1957-ci il, qorxunc avtomobil qəzasında həyatlarını itirdikdən sonra , arxalarında böyük sirr buraxacaqlarından xəbərsiz idilər. Qızların ölümündən 2 il sonra, Con və Florens Pollokun əkiz qızları dünyaya gəlir. Əkizlərinin birinin belində eynilə dünyasını dəyişən bacısı Caklindəki kimi doğum ləkəsi var idi.

Ailə əkizlər 3 aylıqkən başqa bir evə köçür. Qızlar 3 yaşına gəldiyində ölən bacılarına aid olan gəlincikləri istəyirlər. O kuklaları hec zaman görmədiklərini desək və onlara bacılarının qoyduğu ad ilə səsləndilərini desək hadisənin nə qədər ürkütücü olduğunu hiss edə bilərsiniz. Ailə təkrar köhnə evə köçəndə , qızlar 3 aylıqkən köçmüş olduqları bu evdə hər yeri əzbərdən tanıyırlar. Əkizlər, ölən bacılarının getdiyi məktəbi göstərib, məktəbin arxasındaki bağçada oyun oynamaq istədiklərini deyib.

Hərəkət edən avtomobil görəndə isə həyəcanlanan qızlar, “Maşın bizi tutmağa gəlir” deyə qorxub qaçmağa başlayırmışlar. 5 yaşına qədər bu şəkildə davam edən əkizlər sonrasında tamamilə normal olur. Qızlarhəmin vaxtlarda o qədər çox diqqət çəkir ki,  o dövrün məhşur psixoloqlarından olan Lan Stevenson ailəni taparaq, keçmiş həyatlarının xatırlayan ekizlər barədə kitab yazır.


14 ayrı hadisənin bəhs edildiyi kitabda Pollok əkizlərinə də yer verir. 40 il boyunca  reinkarnasiya üzərində araşdırmalar aparan Stevenson, minlərlə fərqli hadisəni analiz edir. Bu qədər araşdırmaların nəticəsində yenə də bu barədə dəqiq bir cavab tapmaq mümkün olmayıb.

Necə ki, Ceyms Linqer adlı  5 yaşlı uşaq tez-tez yuxularında qorxunc pilot qəzaları görüb, və sanki İkinci Dünya Müharibəsi pilotuymuşcasına  xatirələrə və təyyarələr haqqında geniş məlumata sahib imiş. Halbu ki,onun bu yaşda belə məlumatları öyrənməsi imakansız olub.

 Beləliklə Pollok əkizləri tarixin ən  mübahisəli və müzakirə olunan mövzusu olaraq qalıb.

Şəlalə Ağayeva