Doğum haqqında məlumatı TƏBİB-ə dərhal ötürməyənlər 300 manatadək cərimələnəcək
    • 7-04-2021, 13:47
    • 572

Doğum haqqında məlumatı TƏBİB-ə dərhal ötürməyənlər 300 manatadək cərimələnəcək

İcbari tibbi sığorta haqqını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti müəyyənləşir.

News24.az-ın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, icbari tibbi sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul  olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

O da məlum olub ki, doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək  məbləğdə cərimə ediləcək. 

Əvvəllər bu məsələlərə Səhiyyə Nazirliyi baxırdı.